Beyləqan rayon Mərkəzi kitabxanası

Beyləqan rayon MKS
Xəbərlər
18 Mart , 2016

Təbrik müraciətində Azərbaycan xalqının humanist, mütərəqqi dəyərlərinin, minillik adət-ənənələrinin məcmusu olan Novruzun insanların bir-birinə və təbiətə bağlılığını xarakterizə etməsi vurğulanır. Qeyd olunur ki, xalqımızın əsrlərdir Novruzu yaşadıb, gələcək nəsillərə ərməğan etməsinin də əsasında məhz bu mütərəqqi keyfiyyətlər dayanır.

“Azərbaycan xalqının etnik-mədəni sisteminin əsas təzahürlərindən olan Novruz bayramı insanları birliyə, bərabərliyə sövq edir. Azərbaycan azsaylı xalqların kompakt, mehriban yaşadığı möhkəm bir ailəni xatırladır. Respublikamızda məskun olan bu xalqlar da həmişə Novruz bayramına həssas yanaşmış, onun müxtəlif rituallarını birlikdə qeyd etmişlər.

Məlum olduğu kimi, dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunmuşdur. Bu əlamətdar hadisə ilboyu müxtəlif tədbirlərlə qeyd olunacaq. Həmçinin paytaxtımızda keçiriləcək ənənəvi ümumxalq Novruz şənliyində azsaylı xalqlar da öz adət-ənənələrini, mədəniyyətlərini nümayiş etdirəcəklər. Bütün bunlar Novruzun ölkəmizdəki multikultural dəyərlərə mühüm töhfələr verdiyinin daha bir sübutudur”, – deyə təbrikdə deyilir.

Təbrikdə o da vurğulanır ki, 2009-cu ildə Novruz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Novruzun və digər mədəni irs nümunələrimizin beynəlxalq aləmdə təbliğində Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Dövlətimizin və xalqımızın sarsılmaz birliyi mədəni bütövlüyümüzü daha da möhkəmləndirəcək, Azərbaycanın artan nüfuzuna əlavə stimul verəcək

Təbrikin sonunda nazir Əbülfəs Qarayev bir daha ölkəmizin mədəniyyət və turizm ictimaiyyətinə Novruz bayramı münasibətilə cansağlığı, xoşbəxtlik, ruzi-bərəkət və yeni-yeni uğurlar arzulayıb.